Bu gün işğaldan azad olunan bütün torpaqlarımızda quruculuq işləri aparılıq. Görülən sistemli və çevik işlər onu deməyə əsas verir ki, Qarabağda həyat gündən-günə çiçəklənir. Azərbaycan Prezidentinin tapşırıqları əsasında tikinti-bərpa işləri aparılan azad torpaqlrımızdan biri də Tərtər rayonunun Talış kəndidir. Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva martın 18-də Tərtər rayonunun Talış kəndində görülən işlərlə tanış olublar.Dövlətimizin başçısı və birinci xanım əvvəlcə Talış kəndində Xatirə daşına baxış keçirdilər.Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 2020-ci il oktyabrın 3-də bu strateji ərazini düşməndən azad edib. Talış kəndində yüksək nöqtələrdən birində bu ərazinin işğaldan azad olunduğu gün Müzəffər Ali Baş Komandan tərəfindən paylaşılan tvitin mətninin həkk olunduğu Xatirə daşı yerləşdirilib.Prezidentin Novruz Bayramını Talış kəndində qeyd etməsi həm Ermənistana, həm Ermənistan cəmiyyətinə, həm də beynəlxalq ictimaiyyətə bir çağırış oldu. Bir daha bütün dünyanın diqqətinə çatdırıldı ki, bu torpaqlar Azərbaycan xalqının tarixi torpaqlarıdır. Biz o torpaqların Azərbaycan dövlətinə aid olduğunu sübuta yetirdik.Talış kəndindən Azərbaycan xalqına Novruz təbriklərini çatdıran Cənab Prezident bildirdi ki, biz bu gün doğma Qarabağ torpağında, doğma Zəngəzur torpağında dayanmışıq və burada əbədi yaşayacağıq. Azərbaycan xalqı haqlı olaraq qürur hissi ilə yaşayır. Bizim hər birimiz, xaricdə yaşayan azərbaycanlılar da daxil olmaq şərtilə iki il yarım müddət ərzində qürur hissi ilə yaşayırıq. Hər kəsə, bütün dünyaya sübut etmişik ki, böyük xalqıq və ərazi bütövlüyünü öz gücümüzə bərpa edən ölkə kimi bundan sonra da ancaq və ancaq irəliyə gedəcəyik. Necə ki, Vətən müharibəsində 44 gün ərzində irəliyə getmişiksə, müharibə başa çatandan sonra bütün sahələr, bütün istiqamətlər üzrə irəliyə gedirik və gedəcəyik.Biz xocalılar da həmişə torpaqlarımızın işğaldan azad olunacağına inanaraq Ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin siyasətini dəstəkləmişik. Bundan sonra da irəli addımlamaq naminə, tarixi torpaqlarımızı özümüzə qaytarmaq uğrunda ölkə başçımızın apardığı uğurlu siyasəti dəstəkləyəcəyik. Rövşən Atakişiyev,Xocalı rayonundan məcburi köçkün